Bu il üç Olimpiya Kompleksi istifadəyə veriləcək

17:51 - 30.01.2019


30 yanvar, Fineko/abc.az. Sosial infrastrukturun yaradılması prosesinin davam etdiriləcəyini bildirən Prezident İlham Əliyev konfransda cıxışı zamanı qeyd edib ki, "Baxmayaraq ki, 3272 məktəb tikilib və təmir edilib. Bu məktəblər mövcud məktəb fondunun 73 faizi deməkdir. Ancaq təmirə ehtiyacı olan məktəblər var və bu işlər də növbəti dövlət proqramında nəzərdə tutulacaq. Həmçinin xəstəxanaların, Olimpiya komplekslərinin tikintisi davam etdiriləcək. Təkcə bu il üç Olimpiya Kompleksinin açılışı gözlənilir. Bu da bölgələrdə idmanın inkişafına xidmət göstərir".