11:34 - 17.11.2017
17 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmirinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 23 binanın təmiri üçün Azərbaycan prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılacaq.
Azərbaycan Maliyyə Nazirliyinə bu sərəncamı maliyyələşdirmək tapşırılıb.