“Bolluq LTD” MMC barəsində araşdırmalar başlayıb

10:30 - 15.07.2026


15 iyul, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2026-cı il üzrə haqsız rəqabət hərəkətləri ilə bağlı “Bolluq LTD” MMC barəsində araşdırma aparır.

Agentliyin açıqladığı məlumatda qeyd edilib ki, araşdırma şirkətin beynəlxalq əmtəə nişanından qanunsuz istifadə etməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə həyata keçirilir.

Bildirilib ki, araşdırma Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 22.1.3-cü maddəsinin tələblərinin pozulması əlamətləri əsasında aparılır.

Hazırda araşdırma davam edir.