"Bank Avrasiya" ASC-nin mənfəəti 4,7 dəfə azalıb

15:48 - 14.07.2026


14 iyul, Fineko/abc.az. "Bank Avrasiya" ASC bu ilin I yarısını 939 min manat mənfəətlə başa vurub.

Bu barədə Bankın maliyyə hesabatında qeyd edilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 4,7 dəfə azdır.

Yanvar-iyun aylarında "Bank Avrasiya"nın əməliyyat gəlirləri 10,365 milyon manat (1 il əvvələ nisbətən 10 % çox), əməliyyat xərcləri 7,251 milyon manat (21,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,339 milyon manat (1 il bundan əvvəl qənaət edib), gözlənilməz gəlirləri isə 164 min manat (2,7 dəfə az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə "Bank Avrasiya"nın aktivləri 218,528 milyon manat olub ki, bu da illik müqayisədə 11,9 % çoxdur. Bunun 128,298 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,8 % böyüyüb.

Hesabat dövründə "Bank Avrasiya"nın öhdəlikləri 20,2 % artaraq 127,737 milyon manata, o cümlədən depozit portfeli 41,1 % artaraq 75,297 milyon manata, balans kapitalı isə 2,1 % artaraq 90,791 milyon manata çatıb.