15:05 - 14.07.2026
14 iyul, Fineko/abc.az. 2026-cı ildə Aİ və Britaniya fermerləri 286,6 milyon ton taxıl əldə edəcəklər ki, bu da ötən illə müqayisədə 23,4 milyon ton azdır.
Bu barədə COCERAL-ın proqnozunda deyilir.
Yumşaq buğda istehsalı 2025-ci ildəki 149,8 milyon tonla müqayisədə 140,8 milyon ton təşkil edəcək.
İsti hava Fransada, Almaniyanın cənubunda, Avstriyada, Polşada və Macarıstanda buğdanın yetişməsinə mənfi təsir göstərib. İspaniyada da proqnoz aşağı salınıb, çünki may ayındakı isti hava gözləniləndən daha böyük zərər vurub.
Aİ-də qarğıdalı məhsulu üzrə proqnoz ötən ilki 57,4 milyon tonla müqayisədə 52,7 milyon tona endirilib. Xüsusilə Fransa və Macarıstanda isti hava əkinlərə ciddi təsir edib. Fransada son 20 ilin ən aşağı göstəricisi — 9,4 milyon ton məhsul gözlənilir (2025-ci ildə 13,8 milyon ton olmuşdu). İstehsala əkin sahələrinin azalması da təsir edib.
Raps məhsulunun 21,2 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da ötənilki 21,4 milyon tona yaxındır. Aİ və Britaniyada arpa istehsalı isə 63,8 milyon tondan 57,6 milyon tona düşəcək. Payızlıq arpa isti havadan daha az zərər görüb, çünki isti başlamazdan əvvəl əsasən yetişmişdi.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026