15:23 - 14.07.2026
14 iyul, Fineko/abc.az. ABŞ və İran arasında gərginliyin artması və Hörmüz boğazında tankerin hərəkətinin demək olar ki, tamamilə dayanması Asiya neft emalı zavodlarını yenidən ABŞ xam neftini almağa sövq edib.
Məlumata görə, regionda atəşkəsin başa çatması və gəmilərə hücumların artması fonunda rəsmi Vaşinqton İran limanlarına blokadanı bərpa edib.
Bundan başqa, ABŞ Prezidentinin Hörmüz boğazından keçən yüklərə 20%-lik rüsum tətbiq etmək təklifi bir supertanker üçün xərcləri təxminən 30 milyon dollara çatdırır. Yaranmış vəziyyət fonunda Asiyalı alıcılar Yaxın Şərq neftindən asılılığı azaltmaq üçün ABŞ-dən spot neft partiyalarının tədarükü üzrə danışıqları bərpa ediblər.
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026