12:11 - 8.07.2026
8 iyul, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin istiqrazları ticarətə buraxılıb.
İstiqrazların şərtləri və əsas göstəriciləri:
• Emissiyanın həcmi: 5,000,000 manat (Hər birinin nominal dəyəri 100 manat olmaqla, 50,000 ədəd istiqraz).
• Gəlirlilik və tədavül müddəti: İllik gəlirlilik 10% təşkil edir, tədavül müddəti isə 2 ildir.
• Faizlərin ödənişi: Faizlər ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək.
• Növü: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar.
• Anderrayter: “ABB-İnvest İnvestisiya Şirkəti” QSC.
Qeyd olunur ki, abunə yazılıçı 10 iyul 2026-cı il tarixində başlayacaq və 31 iyul 2026-cı il tarixinədək davam edəcək.
Yerləşdirilmə (Hərrac) və ticarətə buraxılma tarixi: 4 avqust 2026-cı il.