16:07 - 7.07.2026
7 iyul, Fineko/abc.az. Ölkələr üzrə ən çox birgünlük ziyarətçi digər ölkələrin payına düşüb – 7 502 nəfər (+16,7 %). Sonrakı yerlərdə 5 040 nəfərlə Rusiya (+ 39,1 %), 3 398 nəfərlə Türkiyə (+ 65,4 %), 745 nəfərlə Gürcüstan (+ 25 %) və 115 nəfərlə İran (- 47, 9%) qərarlaşıb.
Məlumata görə, Rusiya vətəndaşlarından 4 159 nəfər (+ 38,8 %), Türkiyə vətəndaşlarından isə 2 459 nəfər (+62,8 %) Azərbaycandan tranzit keçid üçün istifadə edib.
Birgünlük ziyarətçilər yanvar-may aylarında ölkədə ümumilikdə 7 milyon 59,9 min manat xərcləyiblər. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 % çoxdur. Xərclərin 5 milyon 666,3 min manatı və ya 80,3 %-i nəqliyyat xidmətlərinin payına düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 % çoxdur.