16:12 - 6.07.2026
6 iyul, Fineko/abc.az. Dünyanın aparıcı investisiya bankları ("Goldman Sachs", "Bank of America", "Morgan Stanley", "UBS", "JPMorgan" və "Deutsche Bank") 2026-cı il üçün qızıl qiymətləri ilə bağlı gözləntilərini yeniləyiblər. Ümumi proqnozlar ons qızılın 4,800–5,200 dollar diapazonunda dəyişəcəyinə işarə edir.
Bankların 2026-cı il üçün qiymət proqnozları:
Morgan Stanley & UBS: Ən yüksək hədəfi seçən bu banklar növbəti 12 ay ərzində və ilin ikinci yarısında qiymətin 5,200 dollara çatacağını proqnozlaşdırırlar (Şərt: ETF-lərə güclü vəsait axını və Fed siyasəti).
Goldman Sachs: Mərkəzi bankların güclü qızıl satınalmaları fonunda ilin sonuna 4,900 dollar gözləyir.
Bank of America & Deutsche Bank: IV rübdə qiymətin 4,800 dollar olacağını təxmin edirlər. Lakin hər iki bank güclü ABŞ makroiqtisadi göstəriciləri səbəbindən qısamüddətli gözləntilərini aşağı yönlü korreksiya edib.
JPMorgan: Əvvəlki optimist mövqeyini dəyişərək daha təmkinli proqnoz verib. Bank III rübdə 4,300 dollar, IV rübdə isə 4,500 dollar səviyyəsini hədəfləyir.