17:18 - 3.07.2026
3 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 23 yeni domen verilib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18 % azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 211 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 62 % çoxdur.
Təkcə iyunda 2 yeni domen və 28 subdomen istifadəyə verilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 60 % azdır və 4 % çoxdur.
2025-ci ildə dövlət qurumları 65 yeni domen və 285 yeni subdomen alıb.