Azərbaycanda 6 ayda dövlət qurumlarının adına bənzər 20 saxta domen bloklanıb

16:05 - 3.07.2026


3 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət qurumlarının adına bənzər 20 saxta domen bloklanıb.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatlarında qeyd edilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.

Təkcə ikinci rübdə 14 saxta domen bloklanıb. Bu, birinci rübün göstəricisindən 2,3 dəfə çoxdur.

Xatırladaq ki, 2025-ci ildə dövlət qurumlarını hədəf alan 40 saxta domen aşkarlanaraq bloklanıb. Bu isə 2024-cü ilə nisbətən 40 % azdır.