SpaceX IPO üçün sənədlər təqdim edib və maliyyə göstəricilərini açıqlayıb

14:21 - 21.05.2026


21 may, Fineko/abc.az. SpaceX IPO (ilkin kütləvi səhm təklifi) üçün sənədləri təqdim edib.

ABC.AZ xəbər verir ki, bu, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) bazasında dərc olunan qeydiyyat formasında öz əksini tapıb.

Sənəddə şirkət əsas maliyyə göstəricilərini açıqlayıb və səhmlərin birjada yerləşdirilməsi planlarını təsdiqləyib. SpaceX NASDAQ birjasında SPCX tikeri ilə ticarət olunmağı planlaşdırır.

IPO-nun tarixdə ən böyük yerləşdirmə ola biləcəyi bildirilir. Hazırkı rekord 2019-cu ildə 25,6 milyard dollar cəlb edən “Saudi Aramco” şirkətinə məxsusdur.

Şirkətin hesabatına görə, ötən il SpaceX 18,7 milyard dollar gəlir fonunda 2,6 milyard dollar zərər edib. 2026-cı ilin ilk üç ayında isə gəlir təxminən 4,7 milyard dollar təşkil edib.