16:56 - 20.05.2026
20 may, Fineko/abc.az. Meta Platforms şirkəti süni intellekt sahəsindəki rəqiblərinə, o cümlədən OpenAI-yə Avropada WhatsApp-a pulsuz giriş təklif edib, lakin mesaj limiti keçildikdən sonra ödəniş tətbiq olunacaq.
ABC.AZ Reuters-ə istinadən xəbər verir ki, təşəbbüs antiinhisar araşdırması fonunda Avropa Komissiyasına təqdim edilib. Tənzimləyici bazarda rəqabəti qorumaq məqsədilə Meta-nı WhatsApp-a Aİ botları üçün çıxışı açmağa məcbur etməyi nəzərdən keçirir.
Təklifə əsasən, müəyyən edilmiş API istifadə limiti keçildikdən sonra Aİ botlarının tərtibatçıları ödəniş etməli olacaqlar. Meta həmçinin Aİ ilə danışıqlar çərçivəsində WhatsApp API-yə bir ay müddətinə pulsuz giriş təqdim edib.
10 İyul 2026
10 İyul 2026