15:50 - 23.04.2026
23 aprel, Fineko/abc.az. 2026-cı ilin aprelin 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və pul bazarı alətlərinin xüsusi çəkisi 33,1%-ə bərabər olub. Bu, isə əvvəlki ilin eyni dövrünə nisbətən 9,5 faiz bəndi azdır.
ABC.AZ ARDNF-yə istinadən xəbər veri ki, hesabat dövründə investisiya portfelində səhmlərin payı isə 24,8% təşkil edib ki, bu da illik müqayisədə dəyişməz qalıb.
Bundan başqa, fondun investisiya portfelində qızılın payı 25,8%-dən (165,3 ton) 35,6%-ə (178,1 ton) yüksəlib.
Hesabat dövründə ARDNF-nin investisiya portfelində daşınmaz əmlak və infrastrukturun payı isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz bəndi azalaraq 6,5%-ə bərabər olub.
Eyni zamanda, ARDNF-nin investisiya portfelinin dəyəri 73,515 milyard dollar təşkil edib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,1 milyard dollar və ya 17,7% artım deməkdir.