11:12 - 7.04.2026
7 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycanda dövlət qurumlarının adına bənzər 6 saxta domen bloklanıb.
ABC.AZ xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib. Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.
Xatırladaq ki, 2025-ci ildə dövlət qurumlarını hədəf alan 40 saxta domen aşkarlanaraq bloklanıb. Bu isə 2024-cü ilə nisbətən 40 % azdır.