İki ayda Azərbaycanın informasiya sektoruna 106,1 milyon manat investisiya qoyulub

14:05 - 19.03.2026


19 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 106,1 milyon manat investisiya qoyulub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Təkcə fevralda sektora investisiya qoyuluşu 31,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 70 % çoxdur.

Bu sektora yatırılan investisiyaların ölkə iqtisadiyyatına investisiya qoyuluşunda payı 4,4 % təşkil edib.

2025-ci ildə sektora investisiya qoyuluşu 373,6 milyon manat olub. Bu, 2024-cü illə müqayisədə 46,7 % azdır.