12:02 - 19.03.2026
19 mart, Fineko/abc.az. İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələri tərəfindən 2026-cı ilin yanvar-fevral aylarında 608,6 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,2 faiz çox xidmət göstərilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xidmətlərin 67.7 faizi əhali tərəfindən istehlak olunmuşdur.
Xidmətlərdən əldə edilən gəlirin 205.3 milyon manatı və ya 33.7 faizi mobil telefon rabitəsi sahəsində formalaşıb.
Təkcə fevralda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 292,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,3% çoxdur.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2024-cü illə müqayisədə 8,7% artaraq 3 milyard 989 milyon manat olub.