Reuters: Süni intellekt Meta korporasiyasında insanları əvəz edəcək

12:19 - 16.03.2026


16 mart, Fineko/abc.az. Meta korporasiyası neyroşəbəkələrin inkişafına çəkilən xərcləri qarşılamaq üçün işçilərin sayını 20% azaltmağı planlaşdırır.

ABC.AZ Reuters-ə istinadən xəbər verir ki, , şirkətin baş direktoru Mark Zukerberq 2028-ci ilə qədər yeni məlumat emalı mərkəzlərinin tikintisinə 600 milyard dollar xərcləməyi planlaşdırır.

Bildirilir ki, artıq bəzi hallarda bütöv şöbələrin gördüyü işi süni intellektdən istifadə edən bir mütəxəssis yerinə yetirə bilir.

Amazon şirkəti də avtomatlaşdırmaya keçid çərçivəsində təxminən 16 min əməkdaşını işdən azad edib.