WhatsApp-da uşaqlar üçün valideyn nəzarətli hesablar istifadəyə verildi

14:46 - 12.03.2026


12 mart, Fineko/abc.az. WhatsApp administrasiyası yeni funksiyanı — valideyn nəzarətli hesabları istifadəyə verib. Bu funksiya valideynlərə və himayədarlara kiçik yaşlı uşaqların messencer istifadəsini idarə etməyə imkan verir.

ABC.AZ xəbər verir ki, xarici idarəetmə vasitələri WhatsApp-ın funksiyalarını yalnız zəng və mesajlaşma ilə məhdudlaşdırmağa kömək edə bilər. Bu funksiyanı qurmaq üçün iki cihaz tələb olunur: valideynin və uşağın cihazı. Valideyn hesabı idarə edə, uşağın kimlərlə ünsiyyət qurduğunu və hansı qruplara qoşula biləcəyini nəzarətdə saxlaya bilər. Həmçinin, valideyn naməlum nömrələrdən gələn mesaj sorğularını və uşağın hesabının məxfilik parametrlərini görə bilir.

Uşaq valideyn nəzarətini dəyişə bilmir — bunun üçün PIN-kod tələb olunur. Yəni, hesabın məxfilik parametrlərini və kontenti yalnız valideyn idarə edir. Valideyn nəzarətli hesablar funksiyası WhatsApp-da növbəti aylarda mərhələli şəkildə istifadəyə veriləcək.