14:39 - 24.02.2026
24 fevral, Fineko/abc.az. Azərbaycanda özəl sənaye məhəllələrinin yaradılması istiqamətində hüquqi baza artıq formalaşdırılıb.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov rəhbərlik etdiyi qurumun ötən il üzrə fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, özəl sənaye məhəllələri dövlət, özəl və bələdiyyə torpaqlarında yaradıla bilər: "Qərarlar sahibkarların təşəbbüsü əsasında qəbul edilir. Sahibkarların müraciətinə uyğun olaraq investor qeydiyyata alınır və müəyyən edilmiş şərtlər çərçivəsində sənaye məhəlləsi statusu əldə edir. 2025-ci ilin dekabr ayınadək İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 2 özəl sənaye məhəlləsi qeydə alınıb. Eyni zamanda bu sənaye məhəllələri üzrə ötən il bir rezident qeydiyyatı baş tutub. Bu mexanizm regionlarda sahibkarlığın inkişafına və istehsal imkanlarının genişləndirilməsinə əlavə təkan verəcək".
Müəllif: Elmir Muradov