16:15 - 29.12.2025
29 dekabr, Fineko/abc.az. 5 yanvar 2026-cı il tarixində Milli Depozit Mərkəzi tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən buraxılan dəyişən faizli (floating rate) istiqrazlar üzrə ilk kupon ödənişi həyata keçiriləcək.
ABC.AZ Depozit Mərkəzinə istinadla xəbər verir ki, bir istiqraz üzrə kupon ödənişinin məbləği 1 853.33 AZN təşkil edir.
Qeyd edək ki, nominal dəyəri 100 000 AZN olan AZ2001028169 dövlət qeydiyyat nömrəli istiqrazların yerləşdirilməsi 01 oktyabr 2025-ci il tarixində baş tutmuşdur.