Bu balıq zavodu fəaliyyətini dayandırır

10:10 - 16.12.2025


16 dekabr, Fineko/abc.az. “S.Q.Kərimov adına Kür-təcrübi nərə balıqartırma zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xitam verilərək

ABC.AZ xəbər verir ki, “Azerbaijan Fish Farm” MMC-yə qoşulur.

“Azerbaijan Fish Farm” MMC-nin “S.Q.Kərimov adına Kür-təcrübi nərə balıqartırma zavodu” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.

Xatırladaq ki, “Azerbaijan Fish Farm” 2017-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 88 630 000 manatdır və qanuni təmsilçisi Kənan Məmmədlidir.