Azərbaycanın bentonit istehsalı kəskin artıb

10:00 - 20.10.2025


20 oktyabr, Fineko/abc.az. Bu ilin ilk 9 ayında Azərbaycanda 234 min ton bentonit istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,6% çoxdur.

Bu il oktyabr ayının 1-nə ölkədə 230,8 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 253,1 min ton bentonit istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 2 dəfə çoxdur.