10:28 - 30.09.2025
30 sentyabr, Fineko/abc.az. Bakı şəhərində tikinti-quraşdırma işlərinə sərf olunan 2,51 milyard manatın paytaxtın rayonları üzrə bölgüsünə baxsaq, bu məbləğin 40,43%-nin və ya 1,01 milyard manatının Bakı şəhərinin Səbail rayonunda aparılan tikinti-quraşdırma işlərinə sərf olunduğun görərik.
ABC.AZ xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlillərdə qeyd olunub. Sözügedən təhlillərdə vurğulanıb ki, qalan 1,5 milyard manat həcmində tikinti-quraşdırma işləri başda Sabunçu rayonu olmaqla digər rayonlarda aparılıb.
Qeyd edək ki, ilk 6 ayda Sabunçu rayonunda aparılan tikinti-quraşdırma işlərinin həcmi 509,7 milyon manat təşkil edib.
Xətai rayonu 248 milyon manat həcmində tikinti-quraşdırma işləri ilə sıralamada üçüncü pillədə yer alıb.
Məlumat üçün bildirək ki, sıralamanın son pilləsində Binəqədi rayonu yer alıb.
Cari ilin yanvar-iyun aylarında bu rayonda görülən tikinti-quraşdırma işlərinin həcmi cəmi 47,8 milyon manata bərabər olub.