Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının dəyəri buna görə azalıb

12:12 - 22.09.2025


22 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarının yekununda Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının dəyərinin ötən ilin eyni dövrü ilə müqayisədə az olması iqlim dəyişiklikləri ilə bağlıdır.

ABC.AZ xəbər verir ki, bunu açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

"Bizim son bir neçə ildə apardığımız siyasət daha çox dəyər yaradan meyvəçiliyə fokuslanıb və bu il meyvə ixracı 40 %-dən çox artıb. Yəni, aqrar sektorda azalma zamanla düzələcək, sadəcə periodik keçidə ehtiyac var", - deyə o qeyd edib.

Nazir əlavə edib ki, buğda istehsalında məhsuldarlıq ciddi şəkildə artıb: "Biz bunu rəqəmlərdə görürük". © Report