Perudan Azərbaycana avokado, quşüzümü, böyürtkən ixrac olunur

15:00 - 5.09.2025


5 sentyabr, Fineko/abc.az. Kənd təsərrüfatı və mədən sənayesi, xüsusilə metal hasilatı əməkdaşlığın perspektivli istiqamətləridir.  

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Peru "Andina" informasiya agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycan bu regiondan çoxsaylı kənd təsərrüfatı məhsulları alır: "Avokado, soya, böyürtkən, quşüzümü və digər məhsullar. Səfərin məqsədi həm də əməkdaşlığın bu sahəsini nəzərdən keçirməkdir. Bu gün XİN-dəki həmkarlarımızla ticarət dövriyyəsinin strukturunu müzakirə etdik: əsasən Perudan Azərbaycana avokado, quşüzümü, böyürtkən, Azərbaycandan Peruya isə sürtkü yağları idxal olunur.

Biz ticarət strukturunu necə yaxşılaşdıra biləcəyimizi, portfelə necə daha çox məhsul əlavə edə bilcəyimizi müzakirə etdik. Bunun üçün isə Azərbaycanın nələri ixrac edə biləcəyi barədə əlavə məlumat lazımdır. Latın Amerikası regionunun coğrafi uzaqlığını və logistik çətinliklərini nəzərə almaq lazımdır", - nazir müavini bildirib.(© Report)