Azərbaycanda qara nərə kürüsünün istehsal həcmi kəskin artıb

11:35 - 27.08.2025


27 avqust, Fineko/abc.az. Azərbaycanda delikates qida sayılan qara nərə kürüsünün istehsal həcmində kəskin artım qeydə alınıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nərə balığı yetişdirən zavodlar ilin ilk 6 ayında 1 254 kiloqram qara kürü istehsal ediblər.

Bu, 2024-cü ilin eyni düvürndə qeydə alınan 258 tondan 5 dəfə çoxdur.

Lakin istehsal yüksəlsə də, ixracın həcmində azalma olub. İstehsal edilmiş qara kürünün 330 kq-si xaricə satılıb ki, bu da cəmi $361 min dəyər deməkdir. 2024-cü ildə 430 kq nərə balığı kürüsündən ölkəyə $495 min gəlir əldə edilmişdi.

Cari ildə qara kürünün əsas alıcıları Birləşmiş Ərəb Əmirlikləri (140 kq) və Amerika Birləşmiş Ştatlarıdır (120 kq).