Səudiyyə Ərəbistanı dünyada ən iri hava limanı tikir

16:07 - 22.08.2025


22 avqust, Fineko/abc.az. Səudiyyə Ərəbistanı dünyanın ən iri hava limanının tikintisinə başlayıb. Belə ki, Kral Salman adına Beynəlxalq Hava Limanının (King Salman International Airport) ölçüsü 14 min futbol sahəsinin sahəsi ilə müqayisə edilə bilər. Obyektin 2030-cu ildə açılması planlaşdırılır. 

ABC.AZ xəbər verir ki, irimiqyaslı layihə Ər-Riyadda Kral Xalid adına mövcud hava limanı yaxınlığında həyata keçirilir. 2022-ci ilin noyabr ayında elan edildiyi kimi, gələcək obyektin sahəsi 57 kv.km olacaq, bunun 12 kv. km-i mağazalar üçün ayrılacaq. Sərnişin axınının kəskin şəkildə artacağı və 2030-cu ilə qədər hər il 120 milyon, 2050-ci ilə qədər 185 milyona çatacağı proqnozlaşdırılır.

Layihənin təxmini dəyəri 30 milyard dollar olacaq.