Mənzil bazarında qiymətlər yüksəlib 

14:34 - 13.08.2025


13 avqust, Fineko/abc.az. Cari ilin II rübündə mənzil bazarında qiymət indeksi I rübə nəzərən 1.1% artıb.

Bu barədə ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir.

Bu dövrdə qiymətləri ilkin mənzil bazarında 3.2%, təkrar mənzil bazarında isə 1.1% yüksəlib.
2025-ci ilin yanvar-iyun ayları ərzində ümumi mənzil bazarında qiymət indeksi ötən ilin eyni dövrünə nisbətən 13.8%, o cümlədən ilkin mənzil bazarında 12.9%, təkrar mənzil bazarında isə 13.8% artıb.