10:59 - 11.08.2025
11 avqust, Fineko/abc.az. Toxuculuq sənayesi sahəsində 2025-ci ilin birinci yarısında 190,5 milyon manatlıq məhsul istehsal edilib ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,7 faiz artım deməkdir.
ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən toxuculuq sənayesi sürətlə genişlənir. 2025-ci ilin 6 ayının nəticələrinə görə, orta illik artım templəri 25,3 faizə çatıb.
Toxuculuq məhsulları:
Pambıq mahlıcı – 46 065,5 ton (+30,1 faiz)
Pambıq ipliyi – 9 288,2 ton (+28,6 faiz)
Pambıq parçalar – 14 703,2 min kv.m (+14,4 faiz)
Pambıq yataq ağları – 133,9 min ədəd (+7 dəfə)
Xalça və xalça məmulatları – 1,6 min kv.m (-5,9 faiz)
Vergiler.az