Kənd Təsərrüfatı Nazirliyinin xarici borcu 12% azalıb

16:44 - 1.08.2025


1 avqust, Fineko/abc.az. Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 2,5 %-i və ya 122,5 milyon dolları Kənd Təsərrüfatı Nazirliyinə aid olub.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % azdır.