16:16 - 29.07.2025
29 iyul, Fineko/abc.az. Britaniyanın AstraZeneca əczaçılıq şirkətinin 2025-ci ilin 2-ci rübündə gəliri 14,45 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 12% çoxdur.
ABC.AZ xəbər verir ki, AstraZeneca-nın xalis mənfəəti hesabat dövründə 27% artaraq 2,45 milyard dollara çatıb. Birdəfəlik amillər nəzərə alınmadan səhm üzrə mənfəət 10% artaraq 2,17 dollara çatıb.
AstraZeneca, 2025-ci ildə valyuta məzənnələrindəki dəyişikliklər nəzərə alınmadan 7-9% gəlir artımı proqnozunu təsdiqləyib. Şirkətin proqnozlarına görə, səhm başına korrektə olunmuş mənfəət 10-13% artacaq.
Nəşr qeyd edir ki, AstraZeneca 2030-cu ilə qədər ABŞ iqtisadiyyatına 50 milyard dollar sərmayə qoymağı planlaşdırır. Şirkət, investisiyaların 2030-cu ilə qədər gəliri 80 milyard dollara qədər artırmaq məqsədinə çatmasına kömək edəcəyini gözləyir.