Ağdamdakı bu şirktin nizamnamə kapitalı kəskin artırıldı

10:20 - 11.07.2025


11 iyul, Fineko/abc.az. “Agro Food İnvestments” MMC-nin portfelində yeni yaradılmış aqrar şirkət “Zəfər Bağları” MMC-nin nizamnamə kapitalı kəskin artırılmaqla 8 milyon manatı keçib.

ABC.AZ-ın məlumatına görə, aqrar şirkətin kapitalı 3 milyon 200 min manat artırılmaqla 8 milyon 210 min manata qaldırılıb. Şirkət 2024-cü ilin fevralında 10 min manatla təsis edilmişdi. Beləliklə, yarandığı gündən indiyə qədər əlavə 8 mln. manat yatırım edilib.

Bu bağlar Ağdam rayonun ərazisində salınıb. Şirkət Qarabağ ərazisində yeni bağların salınması və mövcud olan bağların bərpasını həyata keçirir. İlkin olaraq badam və nar bağlarının salınması nəzərdə tutulub.