ÜST dünyanın bütün ölkələrini alkoqol, siqaret və şirniyyat qiymətlərini artırmağa çağırıb

11:19 - 3.07.2025


3 iyul, Fineko/abc.az. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın bütün ölkələrini sağlamlıq vergiləri hesabına alkoqol, siqaret və şirin qazlı içkilərin qiymətlərini 2035-ci ilə qədər ən azı 50% artırmağa çağırıb.

ABC.AZ xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Sağlamlıq vergiləri (health taxes) tütün, alkoqol və şirin qazlı içkilər kimi əhalinin sağlamlığına mənfi təsir göstərən məhsullardan alınan vergilərdir.

ÜST ekspertləri hesab edirlər ki, belə bir tədbir xroniki xəstəliklərin artmasını dayandıracaq və dövlətlərə büdcəyə kritik vacib gəlir əldə etməyə kömək edəcək. Təşəbbüs "3-dən 35-ə" adlanır.