16:17 - 2.07.2025
2 iyul, Fineko/abc.az. Özbəkistan Qarabağın kənd təsərrüfatı torpaqlarından istifadəyə maraq göstərir, bu da Azərbaycanla aqrar-sənaye sektorunda əməkdaşlığın dərinləşdirilməsi üçün perspektivli istiqamət kimi qiymətləndirilir.
ABC.AZ-ın məlumatına görə, bu barədə Özbəkistan Ticarət-Sənaye Palatasının sədri Davron Vahabov Şuşada keçirilən İƏT-in altıncı biznes forumunun kuluarlarında jurnalistlərə bildirib.
"Burada (Qarabağda) münbit torpaq var və bu halda hər iki tərəfdən - həm Azərbaycan, həm də Özbəkistan tərəfindən maraq olacaq. Bundan əlavə, logistika xərcləri azalacaq. Hazırda Azərbaycan vasitəsilə Avropaya ixracımız var, lakin idxal həcmləri aşağıdır. Bu, malların gətirilməsi xərclərini artırır. Əgər biz tarazlaşdırılmış əmtəə dövriyyəsinə nail olsaq, sahibkarlar logistika xərclərini azaldacaqlar ki, bu da məhsulun maya dəyərinə müsbət təsir göstərəcək", - deyə o əlavə edib.
Vahabov qeyd edib ki, Azərbaycan rəhbərliyi bu sahədə birgə təşəbbüslərdə maraqlıdır. (Report)
10 İyul 2026
10 İyul 2026