16:04 - 2.07.2025
2 iyul, Fineko/abc.az. Azərbaycan Pakistandan gətirilmiş 7 yeni pambıq sortunun ölkə şəraitinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə müxtəlif bölgələrdə sınaq əkinləri həyata keçirilib.
ABC.AZ xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında layihələrin təmsilçisi Nəzakət İsmayılzadə bildirib.
O qeyd edib ki, bu sortlar Sabirabad, İmişli, Samux və digər rayonlarda əkilərək yerli iqlim və torpaq şəraitində müşahidə olunub. Mütəxəssisin sözlərinə görə, Pakistan sortları, xüsusilə də “Super Cotton” adlı pambıq sortu məhsuldarlığı, lif keyfiyyəti, suya qənaətcilliyi, xəstəlik və zərərvericilərə qarşı davamlılığı, eləcə də quraqlıq şəraitinə uyğunlaşma qabiliyyəti ilə seçilib. Bu sort Türkiyəli seleksiyaçı alimlərin iştirakı ilə əldə olunmuş digər sortlarla müqayisəli şəkildə təhlil edilib və üstün cəhətləri aşkar edilib.
N.İsmayılzadənin sözlərinə görə, layihə çərçivəsində sahə seminarları təşkil olunub, beynəlxalq ekspertlər ölkəmizə səfər edərək əkin sahələrinə baxış keçiriblər. Gələcəkdə bu sortun daha geniş ərazilərdə tətbiqi nəzərdə tutulur.
10 İyul 2026
10 İyul 2026