11:05 - 1.07.2025
1 iyul, Fineko/abc.az. Dövlət Ehtiyatları Agentliyi bu il sentyabrın 1-nə qədər yerli buğda istehsalçılarından 2025-ci ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib.
ABC.AZ agentliyə istinadən xəbər verir ki, tədarük ediləcək ərzaqlıq buğda AZS 888:2025 “Buğda. Texniki şərtlər” standartında qeyd edilən I, II və III sinif buğdaya aid bütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir. Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğunu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar təsdiq etməldiir.
Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri əlavə olaraq yoxlanılacaq, keyfiyyət tələblərinə cavab verməyən ərzaqlıq buğda qəbul edilməyəcək.
"Bildiririk ki, ərzaqlıq buğdanın qəbul məntəqələrinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir.
10 İyul 2026
10 İyul 2026