14:50 - 25.04.2025
25 aprel, Fineko/abc.az. Gələcəkdə stomatologiya sahəsində də monitorinqlərin aparılması nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O qeyd edib ki, bu, kifayət qədər vacib xidmət sahəsidir:
“Ona görə də bu sahədə peşəkar mütəxəssislərin olması mütləqdir”.
Komitə sədri həmçinin əlavə edib ki, mərhələli şəkildə digər tibb sahələri üzrə monitorinqlərin aparılması planlaşdırılır.