Bakının hansı ərazilərində binaların söküləcəyi məlum oldu

14:44 - 4.04.2025


4 aprel, Fineko/abc.az. Bakı şəhərinin hansı ərazilərində köçürülmə-abadlıq işləri aparılacağı məlum olub.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda “Sovetski”, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə Təzəpir məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək. Eyni zamanda Bakının Sabunçu, Nəsimi, Xətai, Nərimanov və digər rayonlarında istismar müddəti başa çatmış, qəzalı vəziyyətdəki binalar, evlər, qeyri-yaşayış obyektləri söküləcək.