14:42 - 4.04.2025
4 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Bakıda köhnə binaların söküntüsü aparılacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib. BŞİH-dən bildirilib ki, aparılacaq söküntü işləri ilə əlaqədar Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq Rayon İcra Hakimiyyətləri ilə birlikdə əraziyə baxış keçirilir, ölçü işləri aparılır: “Köçürmə işləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununa Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən həyata keçirəcək, müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcəkdir.
Bakının yeni Baş Planına uyğun olaraq köçürmə ərazilərində müasir park, istirahət məkanları, yeni metro xətləri və stansiyaları inşa olunacaq, həmin ərazilərdə yerləşən tarixi binalarda söküntü işləri aparılmayacaq, müasir standartlara cavab verəcək abadlıq işləri həyata keçiriləcək. Bu işlərə yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də cəlb edililəcək”.