Bu ölkədə quş qripi epidemiyası baş verib 

11:14 - 13.02.2025


13 fevral, Fineko/abc.az. Litvanın Vilkyčių paukštynas fermasında təxminən 250 min quş başı quş qripinin yayılması səbəbindən məhv edilib. 

ABC.AZ xəbər verir ki, Litva qida və Baytarlıq Xidməti quş yetişdiricilərini təhlükəsizlik prinsiplərinə riayət etməyə və şübhəli quş xəstəlikləri barədə məlumat verməyə çağırıb. 

2024-cü ildə Latviya baytarları quş qripi üçün 70 vəhşi quşu test etmişdilər və virusu yalnız bir halda aşkar etmişdilər.
Litvanın qida və baytarlıq xidmətinin baş baytar həkimi Vaidotas Kudulas virusun Polşadan sızdığını düşünür. 2025-ci ilin əvvəlindən Polşada 14 qrip epidemiyası qeydə alınıb, nəticədə 16 min quş başı məhv edilib.