11:35 - 14.01.2025
14 yanvar, Fineko/abc.az. Azad edilmiş ərazilərdə peşə təhsilinin bərpası və inkişafı istiqamətində konkret tədbirlər həyata keçirilir:
ABC.AZ xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov məlumat verib.
Onun sözlərinə görə, hazırda Füzuli şəhərində peşə təhsili müəssisələri inşa olunur:
"Bu il Şuşada da peşə təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmir işlərinə başlanılacaq. Qubadlı, Ağdam və Zəngilanda isə peşə təhsili müəssisələrinin layihələndirmə işləri 2025-ci ilin ortalarında yekunlaşacaq". (Report)
9 İyul 2026
9 İyul 2026