İOS 18.2-də eşitmə qabiliyyətinin yoxlanılması funskiyası bu ölkələrdə mövcuddur

11:33 - 6.12.2024


6 dekabr, Fineko/abc.az. İOS 18.2-də eşitmə qabiliyyətinin yoxlanılması funskiyası artıq doqquz yeni ölkədə mövcuddur.

ABC.AZ xəbər verir ki, bu funksiya Kipr, Çexiya, Fransa, İtaliya, Lüksemburq, Rumıniya, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyada mövcuddur. Yoxlama üçün AirPods Pro 2 qulaqlıqlarından istifadə etmək lazımdır.

BƏƏ-də AirPods Pro 2 üçün eşitmə cihazı funksiyası artıq dəstəklənir.