11:50 - 6.11.2017
6 noyabr, Fineko/abc.az. Heydər Əliyev prospektində yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinin yeni binasının tikintisi 31 avqust 2018-ci il tarixində başa çatdırılacaq.
“Tekfen” podratçı şirkətin məlumatında deyildiyi kimi, hal-hazırda ərazidə aparılan tikinti işləri cəmi 6,5% həcmində həyata keçirilmişdir.
“Layihənin ümumi dəyəri $94 milyon təşkil edir. İşlərin 6,5%-nin reallaşdırılması nəzərə alınmaqla, qalan hissəsi $87925,488 min dəyərində qiymətləndirilir”, - deyə məlumatda bildirilir