15:15 - 20.11.2024
20 noyabr, Fineko/abc.az. "Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə Yaşıl Tikinti üzrə Yol Xəritəsinin hazırlanması istiqamətində əməkdaşlıq edirik".
ABC.AZ xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib. O bidlirib ki, sözügedən yol xəritəsi dayanıqlılığın şəhər inkişafı proseslərimizə inteqrasiyasında kritik addımı təmsil edir: “Yol xəritəsi yaşıl bina standartlarının, enerji səmərəli tikinti təcrübələrinin və ekoloji məsuliyyətli tikinti materiallarının istifadəsinin qəbulu üçün praktik, icra edilə bilən strategiyaları müəyyən edəcək. Əlavə olaraq, yol xəritəsi həm dövlət, həm də özəl sektor maraqlı tərəflərinə Azərbaycanın şəhər tikintisi səylərini qlobal dayanıqlılıq məqsədləri ilə uzlaşdırmaq üçün təlimat verəcək”, – deyə A. Quliyev əlavə edib.