10:16 - 20.11.2024
20 noyabr, Fineko/abc.az. “Azərşin” ASC ətraf mühitin mhafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan ( İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) inzibati xəta üzrə cərimə oluna bilər.
ABC.AZ xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə görə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər 3500-4500 manatadək məbləğdə, hüquqi şəxslər 10-15 min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun icraatındadır.