17:37 - 23.05.2024
23 may, Fineko/abc.az. Dünyanın ən iri içki və qida şirkəti dondurulmuş qida markasını işə salmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, məhsullar Ozempic və Wegovy kimi qlükaqona bənzər peptid-1 (GLP-1) əsaslı arıqlama məhsullarından istifadə edən insanlar üçündür.
Araşdırmaya görə, bu cür dərmanlardan istifadə edən insanlar sağlam qalmaq üçün müəyyən qidaları istehlak etməlidirlər, deyə Nestle-nin Şimali Amerika icraçı direktoru Steve Presley bildirir.
Vital Pursuit-in yeni seriyasına 12 məhsul daxil olacaq. Təxmin edilir ki, bunlar, ilin sonuna qədər mağazalarda dondurulmuş qida şöbələrində yer alacaqlar.