16:17 - 8.04.2024
8 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 648.3 min manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə çoxdur.
“Yanvar-mart aylarında muxtar respublikada 1 dövlət müəssisəsi, 2 dövlət müəssisəsinin balansında olan 61 qeyri-yaşayış sahəsi və 1 mehmanxana binası torpaq sahəsi ilə birlikdə özəlləşdirilib”, – deyə məlumatda qeyd olunub.