Rusiya Dövlət Duması hesab edir ki, "X xəstəliyi" süni şəkildə yaradılıb

16:28 - 8.02.2024


8 fevral, Fineko/abc.az. Davos Dünya İqtisadi Forumunda bəhs edilən “X xəstəliyi” süni şəkildə yaradılıb.

ABC.AZ xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Federasiyası Dövlət Dumasının sağlamlığın qorunması Komitəsinin üzvü Aleksandr Rumyantsev deyib.

"Söhbət süni agentlərdən, ...ağır pandemiya pozğunluqlarına səbəb ola biləcək süni şəkildə yaradılan agentlərdən gedir... Biz indi bioloji qoruma hazırlamalıyıq”, — deyə Rumyantsev vurğulayıb.

Xatırladaq ki, yanvarın 17-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda müzakirə mövzularından biri də "X xəstəliyi" olmuşdu ki, bu da bəzi hesablamalara görə koronavirus infeksiyasından dəfələrlə dəhşətli olacaq və 20 qat daha çox insan qurbanlarına gətirə bilər.

Qeyd edək ki, “X xəstəliyi” epidemiya və ya pandemiyaya səbəb ola biləcək hər hansı bir naməlum patogen adlanır. Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci ildə bildirdiyinə görə, pandemiyaya səbəb olan SARS-Cov-2 koronavirusu bu cür ilk patogen kimi tanınmalıdır.