14:21 - 24.07.2018
24 iyul, Fineko/abc.az. Azərbaycan snayperlərindən ibarət komanda Belarusa yollandı.
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, hərbçilər “Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək üçün yola düşüblər.
Məlumatda qeyd edilir ki, müsabiqə Belarus Respublikasının Brest şəhərində keçiriləcək.